Süni intellekt Benzemanı "Real"da əvəz edəcək adları açıqladı - Nə Mbappe var, nə Holand

Süni intellekt Benzemanı "Real"da əvəz edəcək adları açıqladı - Nə Mbappe var, nə Holand

İspaniyanın nüfuzlu nəşri "Marca" süni intellektin - "Olocip"in köməyi ilə "Real Madrid"in hücumçusu Kərim Benzemanı hansı futbolçunun daha yaxşı əvəzləyə biləcəyini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, nəzərdən keçirilən bütün "9 nömrələr"in yaşı 21-dən yuxarı olub və hər biri 0-100 arası balla dəyərləndirilib.

Beləliklə, "Benfika"nın forvardı Qonsalu Ramuş 92 balla hamını qabaqlayıb. İkinci yerdə "Reyms"dən Folarin Baloqun (88 bal) mövqe tutubsa, "Monpelye"nin hücumçusu  Elye Vai (80 bal) üçüncü olub.

Qeyd edək ki, Benzemanın "Real"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər