Norveçli mütəxəssis Ule-Qunnar Sulşer Danimarka millisinin baş məşqçi postundan imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Tipsbladet" yayıb.
Xəbərə görə, Skandinaviya təmsilçisinə "yox" deyən Sulşer adı açıqlanmayan Avropa nəhəngi ilə danışıq aparır.
Xatırladaq ki, sözügedən mütəxəssis 2021-ci ilin noyabrından işsizdir. 51 yaşlı mütəxəssis son olaraq "Mançester Yunayted"i çalışdırıb.
Nihat