Süleymanov: "Mənim öz fikirlərim var"

Süleymanov: "Mənim öz fikirlərim var"
"Simurq" yaxşı komandadı. Onlar müdafiə olunmağı yaxşı bacarırlar. Bu üzdən "Simurq"a qarşı oynamaq heç də asan deyil. Yaxşı ifaçıları var. Rəqibə hörmətlə yanaşırıq. Baxmayaraq ki, turnir cədvəlində bizdən aşağıda qərarlaşıblar". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov deyib.
Çalışdırıcı debüt oyununda heyətlə bağlı problemlərdən danışıb:  Bizim də müəyyən problemlərimiz var. Karlos Kardoso zədəlidi. Araz Abdullayev sarı vərəqə limiti üzündən "Simurq"la oyunu buraxacaq. Dünən ilk məşqimi keçdim. Gəlin hələ tələsməyək. Mənim öz fikirlərim var. Gələcəkdə görəcəksiniz ki, hansı oyunçu dəyişiklikləri edəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər