Nazim Süleymanov AZAL-la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi hakimləri günahlandırıb:
"Nəticə məni qane etmir, hakimlər haqqında danışmağa məcburam. Oyunda üstün oynadıq, lakin qısa zamanda futbolçularımıza göstərilmiş iki qırmızı vərəqə oyunu “sındırdı”. Futbolçular hisslərinə hakim olmalıdı. Nəticə tarixdə qalacaq. Artıq irəliyə baxmalıyıq, qarşıda 18 oyunumuz var. Bizim çempion olmağımızı istəməyən varsa, desin, rəhbərliklə danışaq. Rəqib qapıçıya cərimə meydançasından kənarda əl ilə oynadığı üçün qırmızı vərəqə verilməli idi. Bir nəfərin səhvindən vurulan qol bütün komandaya təsir edir. Futbolçular daha diqqətli oynamalıdı. “Neftçi” bu oyunda məğlub olmadı, məğlub etdilər. Hər bir məşqçiyə zaman lazımdı".
Fanat.az