Süleyman Əhmədov yekun qərarını verdi

Süleyman Əhmədov yekun qərarını verdi

Ötən mövsümə "Karvan-Yevlax"ın heyətində başlayan, sonradan xaçvari diz bağları qopduğu üçün kənarda qalan müdafiəçi Süleyman Əhmədov yeni "futbol ili"nə harada başlayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, zədə problemini geridə qoyan arxa xətt oyunçusu  "Gəncəbasar"la razılığa gəlib. 

"Gəncəbasar"ın düşərgəsində bir neçə məşqə çıxan Süleyman "Mingəçevir"lə də danışıq aparsa da, yekunda Elhad Nəzirinin çalışdırdığı komandada top qovmaq variantını daha uyğun sayıb. Onunla 1 mövsümlük müqavilə bağlanacaq.

Xatırladaq ki, "Karvan-Yevlax" Misli Premyer Liqasındakı mübarizəni turnir cədvəlinin son pilləsində başa vuraraq 1-ci Liqaya düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər