Türkiyənin PTT liqasında 32-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” səfərdə “Balıkesirspor”la qarşılaşıb və 2:2 hesablı heç-heçə qeydə alınıb.
Subaşiç 56-cı dəqiqədə meydana çıxıb.
Hazırda “Orduspor” 64 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.az