Subaşiçin klubunda istefa

Subaşiçin klubunda istefa

Branimir Subaşiçin müqavilə bağladığı «Orduspor»un rəhbərliyində istefa baş verib. Fanat.az xəbər verir ki, klubun vitse-prezidenti və İdarə Heyətinin üzvü Hasan Çebi istefa verib.

Çebi açıqlamasında bu qərarını ötən mövsümün gedişində klub prezidenti Nedim Türkmenin nəzərinə çatdırdığını bildirib: «İstefa qərarımın səbəbi klubun növbədənkənar konfransının keçirilməməsidi. Ötən mövsümün sonunda bunun vacib olduğunu bildirdim. Həmin vaxt komandanın Super Liqadan düşməsi rəsmiləşmişdi. Hər şeyə yenidən başlamağımızı və azarkeşlərin etimadını qazanmağımızı istəyirdim. Bu istəyim qəbul olunmadığından istefa verdim».

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər