Subaşiçə Super Liqadan təklif var

Subaşiçə Super Liqadan təklif var
Milli komandamızın sabiq üzvü Branimir Subaşiçə yeni təkliflər var. Fanat.az 32 yaşlı hücumçu "Orduspor"dakı çıxışı ilə diqqəti üzərinə çəkə bilib.
Onun oyununu Türkiyə klubları bəyənib. Subaşçin xidmətində maraqlı olan klubların adını dəqiqləşdirmək mümkün olmasa da, aralarında Super Liqa təmsilçilərinin olduğu dəqiqdi.
Futbolçu özü "Orduspor"dakı durumundan razıdı. Komandanın əsas heyət oyunçusu olan hücumçuya mövsümboyu etimad göstərilib. Amma Ordu təmsilçisindəki maliyyə problemləri və maaşların vaxtında verilməməsi Subaşiçi narazı salır. Bu səbəbdən o, sərfəli təklif alacağı halda başqa kluba keçmək istəyir.
Qeyd edək ki, Subaşiçin çıxış etdiyi "Orduspor" Super Liqaya vəsiqə uğurunda play-off mərhələsinə vəsiqə qazanıb. Yarımfinalda "Mersin İdman Yurdu" ilə qarşılaşacaq komanda uğurlu çıxış etsə, yeni mövsümdə elitada çıxış edə bilər.
Subaşiç bu mövsüm PTT 1-ci liqada 30 oyuna çıxıb, 2334 dəqiqə oynayıb və 8 qol vurub. O, kubokdakı bir oyunda 45 dəqiqə forma şansı qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər