Subaşiç Türkiyədə klubunu dəyişir

Subaşiç Türkiyədə klubunu dəyişir

Branimir Subaşiç Türkiyədə klubunu dəyişir. Fanat.az xəbər verir ki, adı "İnter"lə yanaşı çəkilən millimizin sabiq üzvü qardaş ölkədə qalacaq.

Belə ki, Subaşiç hazırda "Bucaspor"la danışıqlar aparır. Türkiyə mətbuatının məlumatına görə, klubla futbolçu arasında artıq razılıq əldə olunub. Serb əsilli hücumçu Azərbaycan vətəndaşı olduğundan Türkiyədə yerli oyunçu statusu daşıyır.

Qeyd edək ki, Subaşiç ötən mövsüm "Orduspor"un heyətində 33 rəsmi oyuna çıxıb və 8 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər