Türkiyə PTT 1-ci liqasında XXIX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" Branimir Subaşiçin forma geyindiyi “Orduspor”un qonağı olub.
Oyun Ordu təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Subaşiç 41-ci dəqiqəhdə hesabı açıb. 65-ci dəqiqədə Emre Aygün fərqi artırıb. 75-ci dəqiqədə dubl edən Subaşiç 3 dəqiqə sonra əvəzlənib. Saşanın adı isə yenə "18-liy"ə salınmayıb.
Fanat.az