Türkiyə Super Liqasına son vəsiqənin sahibini müəyyənləşdirmək üçün keçirilən play-off mərhələsinin cavab qarşılaşmaları davam edir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "Mersin İdman Yurdu"nu qəbul edib.
Səfərdə 1:2 hesabı ilə yenilən Ordu təmsilçisi evdə də məğlubiyyətə üzülüb - 0:1. Bununla da Subaşiçin komandası Super Liqaya vəsiqə qazanmaq şansını itirib. Millimizin sabiq üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Fanat.az