Subaşiç rəsmən Türkiyə klubunda

Subaşiç rəsmən Türkiyə klubunda

"Qarabağ"dan ayrılan Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin yeni klubu rəsmən müəyyənləşib. Qol.Az-ın məlumatına görə, futbolçumuz karyerasının yeni mövsümdən Türkiyə birinci liqasında yarışacaq “Orduspor”da davam etdirəcək.Klubun prezidenti Nedim Türkmən Türkiyə mətbuatına açıqlamasında serb əsilli hücumçu ilə ilkin müqavilə imzaladıqlarını deyib. Onun sözlərinə görə, Subaşiç gələn həftənin bazar ertəsi Belqraddan Türkiyəyə gələcək və klubla rəsmi müqaviləyə imza atacaq.Qeyd edək ki, Türkiyə birinci liqasında türkdilli ölkələrin futbolçuları legioner sayılmadığında Subaşiç də əcnəbi futbolçu hesab edilməyəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər