"Liverpul"un forvardı Luis Suares daha bir rekorda imza atıb. Fanat.az xəbər verir ki, uruqvaylı Premyer Liqanın 32-ci turunda "Tottenhem"ə qarşı oyunda fərqlənərək mövsüm ərzində 29-cu qolunu vurub.
Bununla da o, “Liverpul”un tarixində Premyer Liqada bir mövsümdə ən çox qol vuran futbolçuya çevrilib. Nəzərə alsaq ki, çempionatın bitməsinə 6 tur qalır, Suaresin qollarını artıracağı və qırılması çətin olan bir rekorda imza atacağı gözlənilir.
Fanat.az