Suares şou göstərdi, Messi təriflədi

Suares şou göstərdi, Messi təriflədi

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS liqasının oyununda "Orlando Siti" üzərində qazandıqları (5:0) qələbədən sonra yanvarda komandaya qoşulan 37 yaşlı Luis Suaresdən danışıb.

Fanat.Az MLS-in rəsmi saytına sitinadən xəbər verir ki, argentinalı superulduz ilk 11 dəqiqədə dubl edərək darmadağının əsasını qoyan, ardından isə iki məhsuldar ötürmə ilə diqqət mərkəz düşən uruqvaylını tərifləyib:

"Luisə görə ürəkdən şadam. İşimizin öhdəsindən asanlıqla gəldik. Məncə, Suaresin nəyə qadir olduğunu hamı bilir. O elə bir futbolçudur ki, ümid az olduğu anlarda belə, topu ələ keçirərək qollar vurur, məhsuldar ötürmələr edir.

Hər şey əladır. Oyunlardan zövq alır, inkişaf edirik. Bu qələbə bizim üçün vacib idi. Belə nəticələr bizi daha da gücləndirir".

Sözügedən matçda Messi də dubla imza atıb. 

Hazırda 7 xalı olan "İnter Mayami" MLS-in Şərq Konferensiyasının turnir cədvəlinə başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər