"Liverpul"un futbolçusu Luis Suares möhtəşəm göstəriciyə imza atıb. Fanat.az xəbər verir ki, uruqvaylı hücumçu cari mövsümdə 22 qol vurub. Bu Avropanın 5 böyük çempionatındakı 38 komandanın göstəricisindən daha çoxdu.
Suares İspaniyada 10, İtaliyada 9, Fransada 8, İngiltərədə 6, Almaniyada isə 5 komandanı qabaqlayıb. Uruqvaylı ulduz "Norviç"lə matçda 4, "Vest Bromviç"lə oyunda 3 qol vurub. "Sanderlend", "Fulhem", "Vest Hem", "Tottenhem", "Kardiff Siti" və "Stok Siti" matçlarında dubl edən futbolçu "Kristal Palas", "Hall Siti" və "Everton"u bir dəfə məyus edib. 26 yaşlı ulduz 22 qoldan 16-sına sağ ayaqla, 3-nə sol ayaqla, daha 3-nə isə başla imza atıb.
Suares Topaz Premyer Liqasında 5 klubu qabaqlayır. Belə ki, uruqvaylı futbolçu "Simurq" (19 qol), AZAL (17), "Xəzər Lənkəran" (16), "Sumqayıt" (11) və "Rəvan"dan (9) daşa çox qol vurub. Hətta "Sumqayıt"la "Rəvan" birlikdə ondan daha az qola imza atıb - 20 top.
Luis Suaresin "Böyük beşlik"də hansı klublarla yarışır?
İspaniya (La Liqa): Espanyol (22), Almeriya, Valyadolid (21), Xetafe (20), Qranada, Malaqa, Rayo Vallekano (19), Levante (18), Osasuna, Elçe (17), Real (16).
İtaliya (A Seriyası): Sampdoriya (22), Sassuolo (21), Atalanta (20), Kalyari, Cenoa (19), Udineze (18), Boloniya (17), Livorno (16), Kyevo (14), Kataniya (13).
Fransa (Liqa 1): Tuluza (21), Evyan, Valensiyenn (20), Guinqamp, Monpelye (19), Nitse (18), Soşo (15), Ayaçço (14).
İngiltərə (Premyer Liqa): Fulhem, Stok Siti, Hall Siti (22), Vest Hem (21), Aston Villa (20), Sanderlend (19), Norviç City (17), Kardiff Siti (15), Kristal Palas (13).
Almaniya (Bundesliqa): Verder (22), Auqsburq (21), Ayntraxt Frankfurt (20), Nürnberq (17), Frayburq (16), Ayntraxt Braunşveyq (10).
Fanat.az