Bu yay "Atletiko Madrid"dən azad agent qismində ayrılan Luis Suares karyerasını A Seriyasında davam etdirməyə yaxındır.
Fanat.Az "Sportitalia"ya istinadən xəbər verir ki, gələn mövsümdən elitada mübarizə aparacaq "Montsa" 35 yaşlı ulduzla danışıqları davam etdirir.
Klubun baş direktoru Adriano Qalliani isə bu barədə ona ünvanlanan sualı belə cavablandırıb:
"Suaresi gətiririk? Nə təsdiq edirəm, nə də təkzib. Mənim üçün "Montsa"nın A Seriyasına yüksəlməsi həyata kemiş arzu anlamındadır. Hələ "Montsa"ya heç bir futbolçu "yox" deməyib".
Nihat