"Ayaks", "Liverpul", "Barselona" və "Atletiko Madrid" kimi klublarda çıxış etmiş Luis Suares İtaliya çempionatına keçə bilər.
Fanat.Az “Marca” nəşrinə istinadən xəbər verir ki, hazırda işsiz olan 35 yaşlı uruqvaylı futbolçu “Atalanta”nın maraq dairəsindədir. Ancaq ulduzun yüksək maliyyə tələbi keçidə mane ola bilər.
Hazırda futbolçunu izləyən "River Pleyt" və "İnter Mayami" isə onun yüksək maaş tələbini qarşılamağa hazırdır.
Emin