Milan "İnter”inin sabiq baş məşqçisi Andrea Stramaççoninin yeni iş yeri məlum olub.
Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis "Əl Qarafa” komandasına baş məşqçi təyin olunub.
Bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb. Stramaççioni ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Stramaççoninin son iş yeri İranın "İstiqlal” klubu olub.