Ştoqrin yarımfinalda oynamayacaq, Mahmudov və Sek isə... - AÇIQLAMA

Ştoqrin yarımfinalda oynamayacaq, Mahmudov və Sek isə... - AÇIQLAMA

Azərbaycan Kubokunun yarımfinalında sabah "Sabah"la ilk oyuna çıxacaq "Neftçi"ın baş məşqçisi Samir Abasovun hansı futbolçuların  xidmətindən məhrum olduğu bəllidir.

Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:

"Bildiyiniz kimi, Bassala Sambu cəzalıdır. Aleksey Ştoqrin müalicə alır, zədədən dönən Emin Mahmudovla Mustafa Sek isə fərdi məşq edirlər. Ştoqrinin oynamayacağı dəqiqdirsə, digər ikisinin meydana çıxması sual altındadır".

Qeyd edək ki, tərəflərin ilk dueli "Neftçi Arena"da baş tutacaq. Matçın start fiti 19:30-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər