Stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vuruldu

Stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vuruldu

Bakıda stolüstü tennis üzrə "Top 8" turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, "Şüa" İdman Kompleksində təşkil olunan ənənəvi yarışda Azərbaycanın ən güclü stolüstü tennisçiləri bacarıqlarını göstəriblər.

Kişilər arasında Onur Quluzadə 1-ci olub. O, finalda Rüstəm Hacıliya qalib gəlib. Vəzir Allahverdiyev 3-cü yeri tutub.

Qadınların turniri Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. Mərziyyə Nurmətova fəxri kürsunün 2-ci, Ləman Abdulhəmidova 3-cü pilləsinə qalxıb.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər