Stefano Piolinin oğurlanmış medalı tapıldı

Stefano Piolinin oğurlanmış medalı tapıldı

“Milan”ın baş məşqçisi Stefano Piolinin “Sassuolo” ilə oyundan itən çempionluq medalı tapılıb.

Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir ki, 56 yaşlı çalışdırıcının oğurlandığını iddia etdiyi medalı 20-25 yaş arası üç gənc yerli polisə təqdim edib. Onlar medalı stadionun meydançasında, soyunub-geyinmə otaqlarının çıxışının yaxınlığında tapdıqlarını bildiriblər. Polis faktın dəqiqləşdirilməsi üçün araşdırmalara başlayıb.

“Milan” 2021/22 mövsümündə 86 xal toplayaraq İtaliya çempionu olub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər