Sörlot İtaliya klubu ilə razılaşdı

Sörlot İtaliya klubu ilə razılaşdı

İspaniyanın "Vilyarreal" klubunun və Norveç yığmasının hücumçusu Aleksander Sörlot karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Roma" ilə razılığa gəlib.

Paytaxt təmsilçisi müqaviləsindəki sərbəst qalma məbləği 38 milyon avro olan forvardın transferi üçün 25 milyon təklif edəcək. Üstəlik, "canavarlar" qarşı tərəfə müxtəlif bonuslar şəklində daha 5 milyon avro ödəməyə hazırdırlar. 

Qeyd edək ki, Sörlot ötən mövsüm La Liqada 23 qola imza ataraq İspaniya çempionatının ikinci bombardiri olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər