"Spartak"ın baş məşqçisi müəyyənləşdi

"Spartak"ın baş məşqçisi müəyyənləşdi

Moskva "Spartak"ının yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Ruy Vitoriyanın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsi Paolo Vanoliyə həvalə olunub. 

49 yaşlı italiyalı ilə müqavilə daha bir il uzadılmaq şərti ilə 2022/23 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Vanoli 2010-cu ildən 2017-ci ilə qədər İtaliya milli komandalarında çalışıb - gənclər komandasına rəhbərlik edib, sonra isə əsas millidə köməkçi olub. 2017-ci ildən, yəni son 4 ildə “İnter”, “Çelsi” və İtaliya A millisində Antonio Kontenin köməkçisi işləyib.    Xatırladaq ki, “Spartak” bir neçə gün əvvəl portuqaliyalı Ruy Vitoriyanı istefaya göndərib. Vanoli "Spartak"ın son 10 ildə güvəndiyi 10-cu baş məşqçidir.

"Spartak" Rusiya Premyer Liqasında bu mövsümün ilk hissəsini 23 xalla 9-cu pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər