"Spartak"dan qovulan məşqçi A Seriyası təmsilçisini çalışdıra bilər

"Spartak"dan qovulan məşqçi A Seriyası təmsilçisini çalışdıra bilər

Moskva "Spartak"ından qovulan Gilyermo Abaskal karyerasını İtaliya A seriyasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.

Mənbə Abaskalın "Udineze"nin baş məşqçi postuna əsas namizədlərdən biri olduğunu açıqlayıb. Xəbərə görə, iyunun 8-də Fabio Kannavaro ilə əməkdaşlığa son qoyan rəhbərlik 35 yaşlı mütəxəssisin "ağ-qaralar"a uğur qazandıra biləcəyinə əmindir. 

Xatırladaq ki, Abaskal 2022-ci ilin yayından bu ilin aprelinədək "Spartak"ı çalışdırıb. Sözügedən çalışdırıcı Rusiya Premyer Liqasının 24-cü turunda "Soçi"dən alınan məğlubiyyətdən (0:1) sonra istefaya göndərilib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər