"Spartak" Karreranı qovdu: yeni baş məşqçi kim olacaq?

"Spartak" Karreranı qovdu: yeni baş məşqçi kim olacaq?
Moskva "Spartak”ının baş məşqçisi Massimo Karrera istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı italiyalı mütəxəssis Direktorlar Şurasının qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Baş məşqçi səlahiyyətləri Raul Riançoya müvəqqəti həvalə olunub. 
"Spartak” oktyabrın 21-də Rusiya Premyer Liqasının XI turunda Tula "Arsenal”ına 2:3 hesabı ilə uduzub. Bu, 18 xalla 7-ci pillədə qərarlaşan paytaxt komandasının cari çempionatda ardıcıl 3-cü ev məğlubiyyəti olub.
Massimo Karrera 2016-cı ilin avqustunda "Spartak”ın baş məşqçisi təyin edilib. Komanda onun rəhbərliyi altında 16 illik fasilədən sonra - 2016/17 mövsümündə Rusiya çempionu olub.
Rusiya mətbuatının məlumatına görə, "Spartak”ı Stanislav Çerçesov çalışdıra bilər. Hazırda 55 yaşlı mütəxəssis bu vəzifəyə ən əsas namizəd sayılır.
Qeyd edək ki, Çerçesov Rusiya millisinin baş məşqçisi vəzifəsində işləyir. Rusiya Futbol İttifaqının vitse-prezidenti Sergey Anoxin "Çerçesovun iki işdə (klub və milli) eyni anda işləməsi mümkündürmü” sualına belə cavab verib: "Bu, geniş mövzudu. Bu haqda indi danışa bilmərəm”.
"Spartak" Karreranı qovdu: yeni baş məşqçi kim olacaq?
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər