"Spartak" baş məşqçisi ilə yolları ayırdı

"Spartak" baş məşqçisi ilə yolları ayırdı

Moskva "Spartak"ı Paolo Vanolinin baş məşqçi postundan getdiyini açıqlayıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı ilə Moskva klubu arasında müqaviləyə tərəflərin razılığı ilə xitam verilib.

İtaliyalı mütəxəssisin köməkçiləri də komandanı tərk edib.

Vanoli 2021-ci ilin dekabrında "Spartak"a rəhbərlik etməyə başlayıb. O, 19 ildən sonra ilk dəfə "ağ-qırmızılar"a ölkə kubokunu qazandırıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər