Spalletti 0:3-ü belə şərh etdi

Spalletti 0:3-ü belə şərh etdi

İtaliya Kubokunun 1/4 finalında dünən "Atalanta"ya 0:3 hesabı ilə məğlub olan "Yuventus"un baş məşqçisi Luçano Spalletti ağır yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssisin sözlərini Turin təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Rəqib həlledici anlarda özünü yaxşı tərəfdən göstərdi. Oyunda elə anlar olur ki, vacib qərarlar verməlisən. Biz yanlış, onlar isə doğru reaksiya ilə diqqət çəkdilər. Başqa sözlə, "Atalanta" hər şeyi düz etdi. Belə məqamlarda diqqətli olmalı, doğru qərarlar verməliyik".

Qeyd edək ki, Spalletti 2025-ci ilin oktyabrından indiki postundadır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər