Şouya 30 milyon xərclənəcək

Şouya 30 milyon xərclənəcək
“Mançester Yunayted” “Soutqempton”un sol cinah müdafiəçisi Luk Şounu transfer etməkdə israrlıdı. Fanat.az xəbər verir ki, “qırmızı şeytanlar” 18 yaşlı futbolçuya görə 30 milyon funt ödəməyə razıdı.
Bu barədə “The Telegraph” yayıb. Onlar Şounun transferi üçün “Çelsi” ilə mübarizə aparır. Klub rəhbərliyi bu mübarizədə “Çelsi”ni üstələyəcəklərinə əmindi.
Futbolçunun “Mançester Yunayted” variantını daha məqbul saymasının səbəbi “Çelsi”də əsas heyətə düşə bilməyəcəyidi. “Mançester Yunayted” Şounu bilavasitə Patris Evranın əvəzinə gətirmək istəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər