Şota Arveladze: "Türkcə bildiyim üçün ilk dəfə utandım"

Şota Arveladze: "Türkcə bildiyim üçün ilk dəfə utandım"

"Fənərbaxça"nın "Kasımpaşa"nı 2:1 hesabı ilə yendiyi matçda dava düşüb. Fanat.az xəbər verir ki, qarşılaşmanın əvvəlində meydanda gərginlik yaranıb.

Bu zaman üzünü "Kasımpaşa"nın ehtiyat oyunçular skamyasına tutan "Fənərbaxça"nın kapitın Emre Belezoğlu ağır söyüşlərdən istifadə edib. 

Oyundan sonra Emrenin hərəkətinə münasibət bildirən "Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze "Türkcə bildiyim üçün ilk dəfə utandım" deyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər