Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, son yarımfinalçı "Sevilya" - "Atletik" oyununda müəyyənləşib.
Səfər oyununda 2:1 hesabı ilə qalib gələn sevilyalılar evdə eyni hesabla yenilib. Qalibi müəyyənləşdirmək üçün elan edilən 30 dəqiqədə qol olmayıb. Bu səbəbdən yarımfinalçı penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq oynayan "Sevilya" yarımfinala çıxıb - 5:4.
Qeyd edək ki, Avropa Liqasının rekordçusu hesab olunan "Sevilya" indiyədək 4 dəfə qalib olub və son 2 mövsümdə kuboka sahib çıxıb.
Fanat.az