"Tottenhem"in hücumçusu Son Xın Min İngiltərə Premyer Liqasının (İPL) 6-cı turunda səfərdə 1:0 hesabıyla yendikləri "Börnli"nin qapısına yol taparaq ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, cənubi koreyalı ön xətt oyunçusu İPL tarixində ilk 3 səfər oyununda 6 qol vurmuş ilk futbolçu kimi tarixə düşüb.
Bu mövsüm çempionatda 8 qolla yadda qalan Son bombardirlər siyahısında da liderdir.
Fanat.Az