Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, son Türkiyə çempionu "Başakşəhər" bu turda "Hatayspor"u qəbul edib.
Ötən gün çempion baş məşqçi Okan Burukla yollarını ayıran və bu gün Aykut Kocamanı bu posta təyin edən İstanbul klubu debütantla oyunda böyükhesabla yenilib - 1:5.
"Hatayspor"un heyətində Mame Diuf və Aaron Bupendza dubl edib, David Akintola bir qol vurub. "Başakşəhər"in təsəlli qolu isə rəqib futbdolçu Məhəmməd Kamaranın avtoqolu olub.
Qeyd edək ki, "Hatayspor" 21 turdan sonra 35 xalla 4-5-ci, "Başakşəhər" isə 24 xalla 14-15-ci pillələri bölüşür.