Birinci Liqanın 17-ci turunda "Zaqatala" evdə "Mingəçevir"lə qarşılaşıb. Görüş meydan sahibi komandanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik. Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu: "Məğlubiyyətin səbəbini qırmızı vərəqə almağımızla əlaqələndirərdim. Azlıqda qalanda say və ərazi üstünlüyü rəqibdə olur. Qırmızı vərəqədən əvvəl bərabər oyun gedirdi. Böyük problem qol vuran bitirici oyunçunun olmamasıdır. Son məqamlarda ustalıq çatmırdı".
Nahid Ustaclı