"Mançester Yunayted"dən ayrılacağı gündəmdə olan və adı müxtəlif klublarla hallanan Kriştianu Ronaldu ilə bağlı şok iddia ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduzun karyerasını Türkiyədə - "Qalatasaray"da davam etdirəcəyi ehtimalı var.
Konkret, "Transfermarkt" 37 yaşlı məşhur forvardı İstanbul klubunun oyunçusu kimi göstərib.

Düzdür, bu, sözügedən portalın öz versiyasıdır. "Transfermarkt" bəzən boşda qalan futbolçuları ən inandırıcı versiyalara, insayderlərin xəbərlərinə əsasən hansısa klubun oyunçusu kimi göstərir. Çox vaxt isə bu proqnozlar özünü doğruldur. Görünür, "Qalatasaray"ın məşhur klub olması, hücumçu transfer etmək istəyi, Kriştianunun Türkiyəni sevməsi bu versiyanın ortaya çıxmasına yol açıb.
Mirağa