ŞOK: ÇL-in oyunları koronavirusa görə təxirə salındı

ŞOK: ÇL-in oyunları koronavirusa görə təxirə salındı

Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb.

Fanat.AzAsiya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mart və aprel aylarına planlaşdırılan matçlar koronavirus üzündən planlaşdırılan tarixdə keçirilməyəcək.

Qrup mərhələsinin matçları 19 - 24 may aralığında, pley-off görüşləri isə avqustda gerçəkləşəcək.

Qeyd edək ki, daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri ertələnib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər