Şok iddia: Falkao “Monako”dan gedir!

Şok iddia: Falkao “Monako”dan gedir!

Bu yay “Atletiko”dan “Monako”ya keçən Radamel Falkao ilə bağlı şok xəbər yayılıb. Fanat.az xəbər verir ki, Avropa mətuatı kolumbiyalı ulduzun “Monako”dan ayrıldığını iddia edib.

Buna səbəb isə Fransadakı regilərin çoxluğudu. Bu mövsüm transferə milyonlar xərcləyən “Monako” Falkao ilə illik 14 milyon avroluq müqavilə imzalamışdı. Amma kolumbiyalı ulduz qazandığının çox hissəsini vergi olaraq dövlətə ödəməlidi.

Məhz bu səbəbdən onun “Monako”dan ayrılmaq istədiyi deyilir. “Marka”nın xəbərinə görə, Falkao “Real”a təklif olunub. Lakin “Kral Klubu” onu heyətinə qatmaqdan imtina edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər