Soçidə keçirilən 22-ci Qış Olimpiya Oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, yarış ərzində 295 medal sahibini tapıb. Bunlardan 99-u qızıl, 97-si gümüş və 99-u bürünc olub.
Azərbaycanın medal qazanmadığı yarışı Rusiya ilk pillədə başa vurub. Yarışın son günündə birinci yerə yüksələn Şimal qonşularımız 33 medal əldə edib - 13 qızıl, 11 gümüş və 9 bürünc.
İkinci yeni Norveç tutub 26 medalla Norveç tutub. Avropa ölkəsi 11 qızıl, 5 gümüş və 10 bürünc medala sahib çıxıb. İlk üçlüyü isə Kanada qapayıb. Şimali amerikalıların qazandığı 25 medaldan 10-u qızıl, 10-u gümüş və 5-i bürünc olub.
| 1 | Rusiya | 13 | 11 | 9 | 33 |
| 2 | Norveç | 11 | 5 | 10 | 26 |
| 3 | Kanada | 10 | 10 | 5 | 25 |
| 4 | ABŞ | 9 | 7 | 12 | 28 |
| 5 | Hollandiya | 8 | 7 | 9 | 24 |
| 6 | Almaniya | 8 | 6 | 5 | 19 |
| 7 | İsveçrə | 6 | 3 | 2 | 11 |
| 8 | Belarus | 5 | 0 | 1 | 6 |
| 9 | Avstriya | 4 | 8 | 5 | 17 |
| 10 | Fransa | 4 | 4 | 7 | 15 |
| 11 | Polşa | 4 | 1 | 1 | 6 |
| 12 | Çin | 3 | 4 | 2 | 9 |
| 13 | Cənubi Koreya | 3 | 3 | 2 | 8 |
| 14 | İsveç | 2 | 7 | 6 | 15 |
| 15 | Çexiya | 2 | 4 | 2 | 8 |
| 16 | Sloveniya | 2 | 2 | 4 | 8 |
| 17 | Yaponiya | 1 | 4 | 3 | 8 |
| 18 | Finlandiya | 1 | 3 | 1 | 5 |
| 19 | Böyük Britaniya | 1 | 1 | 2 | 4 |
| 20 | Ukrayna | 1 | 0 | 1 | 2 |
| 21 | Slovakiya | 1 | 0 | 0 | 1 |
| 22 | İtaliya | 0 | 2 | 6 | 8 |
| 23 | Latviya | 0 | 2 | 2 | 4 |
| 24 | Avstraliya | 0 | 2 | 1 | 3 |
| 25 | Xorvatiya | 0 | 1 | 0 | 1 |
| 26 | Qazaxıstan | 0 | 0 | 1 | 1 |
| # | Cəmi | 99 | 97 | 99 | 295 |
Fanat.az