Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə duetlərinin çıxışına yekun vurulub. Fanat.az xəbər verir ki, yarışın ilk günündə qısa rəqslə çıxış edən idmançılar bu gün sərbəst proqramda bacarıqlarını göstəriblər.
Ölkəmizi təmsil edən Aleksey Sitnikov-Yuliya Zlobina dueti də büz üzərinə çıxıb. Ötən gün 14-cü (58,15 bal) olan təmsilçilərimiz bu dəfə hakimlərdən 91,78 bal qiymət alıblar. İki çıxışın cəmində 148,63 bal toplayan Sitnikov-Zlobina dueti olimpiadanı 12-ci yerdə başa vurublar. Bununla da yığmamız Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb. Belə ki, indiyədək ən yaxşı nəticəmiz 16-cı yer idi.
Fiqurlu konkisürmə yarışlarının qalibi ABŞ-ın Çarli Uayt-Meril Devis (195,52) dueti olub. İkinci yeri Kanadanın Skott Moyr-Tessa Virçu (190,99), üçüncü yeri Rusiyanın Nikita Katsalapov-Yelene İlinıx (183,48) cütlüyü tutub.
Fanat.az