Sneyderdən daha bir proqnoz: "28-ci turda zirvədəyik"

Sneyderdən daha bir proqnoz: "28-ci turda zirvədəyik"
Super Liqanın XX turundan əvvəl Hollandiya mətbuatına müsahibə verən "Qalatasaray"ın futbolçusu Uesli Sneyderin proqnozu doğruldu. Belə ki, holland ulduz "bu həftə "Fənərbaxça" ilə xal fərqi 4-ə düşəcək" demişdi. "Qalatasaray" "Eskişəhərspor"u uddu, "Fənərbaxça" "Sivasspor"a uduzdu və nəticədə fərq 4-ə endi.
Fanat.az xəbər verir ki, Sneyder daha bir proqnoz verib. Ulduz futbolçu XXVIII turda "Türk Telekom Arena"da "Fənərbaxça"nı yenərək liderliyi ələ alacaqlarını deyib: "Eskişəhspor"dan sonra "Sivasspor"a yenilgi rəqibimizin düşərgəsində çaxnaşmaya səbəb olub. Bundan başqa Emenike və Vebodan sonra Sov da zədələndi. Belə davam edərsə, toparlanmaları asan olmayacaq. 28-ci turda "Türk Telekom Arena"da onları qəbul edəcəyik. Qələbə qazanaraq liderliyi təhvil alacağımıza inanıram".
Sneyder Çempionlar Liqasında qarşılaşacaqları "Çelsi" ilə bağlı da danışıb. Joze Mourinyonun "Real"ı çalışdırarkən onları mübarizədən kənarlaşdırdığını xatırladan futbolçu onun bu dəfə heç bir şansının olmadığını bildirib: "Real"a məğlubiyyətdən sonra çox şey dəyişdi. Mançininin gəlişindən sonra komanda toparlandı. Mourinyolu "Çelsi"ni mübarizədən kənarlaşdırmağımız sürpriz olmayacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər