Slutski bütün rəqiblərini qabaqladı

Slutski bütün rəqiblərini qabaqladı

Futbol üzrə Çin Superliqasında sentyabr ayının ən yaxşı məşqçisi açıqlanıb.

Fanat.Az sözügedən liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şanxay Şenxua"nın rusiyalı çalışdırıcısı Leonid Slutski bütün rəqiblərini qabaqlayıb.

Slutskinin komandası ötən ay Superluqada çıxdığı 3 matçda 3 qələbə qazanıbsa, Asiya Çempionlar Liqasında keçirdiyi 1 görüşdə də maksimum nəticə əldə edib.

Qeyd edək ki, Superluqanın başa çatmasına 2 tur qalıb. "Şanxay Şenxua" hazırda lider mövqeyində qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər