Avroliqanın 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub. Fanat.az xəbər verir ki, dəyişikliklər Azərbaycanın mövqeyinə təsirsiz ötüşməyib “Neftçi”nin Gürcüstan “Çixura”sıyla “Bakcell Arena”da qolsuz bərabərliyi ölkəmizə 0,125 əmsal qazandırıb. Nəticədə Azərbaycanın son 5 mövsümə əsasən toplanan əmsalını - futbol tariximizin ən yüksək göstəricisi olan 10,750-yə çatdırıb.
Lakin bu rekord da mövqeyimizi qorumağa bəs etməyib. Belə ki, Slovakiya klublarının uğurlu çıxışı nəticəsində bu ölkə siyahıda Azərbaycanı haqlayıb. Ancaq cari mövsümdə toplanan əmsallara görə Slovakiya 30-cu pilləni ələ keçirib. Ölkəmiz isə artıq siyahıda 31-cidi.
29-cu olan Macarıstan təmsilçiləri də son oyunlarda uğursuz çıxış edib. Onlarla 0,250 olan fərqimiz yarıbayarı azalıb. “Neftçi” qalib gəlsəydi, Azərbaycan 29-cu da ola bilərdi.
Qeyd edək ki, ölkəmizin “qənimət”inin böyük hissəsi “Qarabağ”la “İnter” qazanıb. Onlar hərəyə 0,750 əmsal yığıb. “Neftçi”nin isə onların qazandığının yarısına gücü çatıb.
| ...29 | Macarıstan | 10.875 |
| 30 | Slovakiya | 10.750 |
| 31 | AZƏRBAYCAN | 10.750 |
| 32 | Qazaxıstan | 10.125 |
| 33 | Moldova | 9.625... |
Fanat.az