Topaz Premyer Liqasının XXV turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Rəvan" oyunun hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, AZAL-la oyundan sonra 2 gün istirahət edən komanda üzvləri bu gün yenidən bir araya gəlib.
Səhər məşqi əsasən fiziki hazırlığa həsr olunub. Axşam məşqi isə taktiki-texniki hazırlıq üzərində qurulub. Komandanın bütün üzvləri məşqdə iştirak edib. Tyaqo Mirasemanın zədəsini sağaltması da məşqçilər korpusunu sevindirir.
"Rəvan"ın bu günkü məşqində yeni futbolçu da iştirak edib. Belə ki, Slovakiya millisinin yarımmüdafiəçisi Kamil Kopunek artıq komanda ilə birgə məşqə çıxıb.
Qeyd edək ki, 30 yaşlı slovakiyalı futbolçu 2011-2013-cü illərdə Bratislava "Slovan"ında çıxış edib (43 oyun). O, hazırda azad agentdi. O, əvvəllər Slovakiyanın "Spartak" (Trnava, 2002-2010, 196 oyun, 11 oyun), Rusiyanın "Saturn" (2010, 7 oyun) və İtaliyanın "Bari" (2011, 18 oyun) klublarında çıxış edib. 2006-cı ildən Slovakiya millisinə dəvət edilən müdafiəyəmeyilli yarımmüdafiəçi 17 oyunda qol vurub. "Transfermarkt" ona 375 min avro qiymət qoyub.
Fanat.az