Skott İngiltərə nəhənginə keçmək üzrədir

Skott İngiltərə nəhənginə keçmək üzrədir

"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, onun xidmətində "Liverpul" maraqlıdır.

Mersisaydlıların yeni baş məşqçisi Andoni İraola son mövsümdə rəhbərliyi altında oynamış 22 yaşlı oyunçunun heyətə qatılmasını vacib sayır.

Skott ötən mövsüm "gilənarlar"ın heyətində bütün turnirlərdə 39 matça çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 2023-cü ildən "Bornmut"da top qovan ingilisin transfer qiymətini 50 milyon avro məbləğində dəyərləndirir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər