Skamakkanın bir ayağı İtaliya nəhəngində - Maaşı açıqlandı

Skamakkanın bir ayağı İtaliya nəhəngində - Maaşı açıqlandı

"Vest Hem"in hücumçusu Canluka Skamakka kareyrasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə Milan "İnter"inin italiyalı forvardla müqavilənin detalları ilə bağlı razılığa gəldiyini vurğulayıb. Xəbərə görə, 24 yaşlı Skamakka "qara-göylər"lə 5 illik müqavilə bağlayacaq və hər mövsüm üçün 3,2 milyon avro maaş alacaq. "İnter"in bu transfer üçün ingilislərə 25-30 milyon avro ödəyəcəyi diqqətə çatdırılıb.

2022/2023 mövsümündə "Vest Hem" forması ilə bütün turnirlərdə 27 oyun keçirən Canluka 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər