Skaloni Argentina millisini daha 15 il çalışdırmaq istəyir - Özü açıqladı

Skaloni Argentina millisini daha 15 il çalışdırmaq istəyir - Özü açıqladı

Argentina millisi Lionel Skaloni rəhbərliyi altında ikinci Amerika Kubokunu qazanıb. 

Fanat.Az xəbər verir ki, "Albiseleste"nin baş məşqçisi Lionel Skaloni finalda Kolumbiyanı məğlub etdikdən (1:0) sonra gələcəyi ilə bağlı jurnalistlərin sualını cavablandırıb. 

"All About Argentina" mütəxəssisin mətbuat konfransında dediklərini belə təqdim edib: “Müqaviləmin müddəti daha iki illikdir. Prezidentə deməliyəm ki, mənə 15 illik müqavilə təklif etsin. Onu dərhal imzalayacağam”. 

Qeyd edək ki, Argentina millisi Skaloninin rəhbərliyi altında dünya çempionu olub və iki dəfə Amerika kubokunu qazanıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər