Sıxıntı yaşayan braziliyalı əfsanə evini dəyər-dəyməzə satdı

Sıxıntı yaşayan braziliyalı əfsanə evini dəyər-dəyməzə satdı

Futbol tarixinin ən etibarlı müdafiəçilərindən biri olan braziliyalı Kafu çətin günlər yaşayır. 

Fanat.Az “Corriere Della Sera”-ya istinadən xəbər verir ki, maddi problemlər yaşayan veteran futbolçu evini satmalı olub.

Mənbənin məlumatın görə, real dəyəri 8 milyon dollar olan ev təxminən 5 milyona satılıb. 45 gün ərzində evini tərk etməli olan Kafu yaşadığı evin müsadirə olunmasının qarşısını almaq istəsə də, məcburi satış baş tutub. 

2019-cu ildən problemli sərmayələr səbəbindən sıxıntı yaşayan Kafu daha əvvəl beş evini satmalı olub. Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər