"Sırf Messiyə görə..." - Aquero mövcud durumdan məmnundur

"Sırf Messiyə görə..." - Aquero mövcud durumdan məmnundur

"Düzü, Messi burada olduğu üçün çox şadam. Mən Mayamidə yaşayıram və onun oyununu izləməkdən zövq alıram".

Fanat.Az xəbər verir ki, bunu Argentina millisinin və "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero deyib.

O, millidə komanda yoldaşı olmuş Lionel Messinin PSJ-dən azad agent qismində ayrılaraq "İnter Mayami"yə qoşulmasını şərh edib:

"Onun çıxışını televizorda izləyənlər indi Leonu canlı görəcəklər. Hara gedəcəyi dəqiq bilinmədiyi dönəmdə "İnter Mayami"yə keçməsini istəyirdim. Axı mən buradayam. Məlum məsələdir ki, o, MLS-i dəyişəcək. Sırf Messiyə görə başqa futbolçular da daha MLS-də oynamaqla bağlı tərəddüd etməyəcəklər. Leo bu liqa üçün ideal futbolçudur". 

Qeyd edək ki, iyulun 16-dan 17-nə keçən gecə Messi "İnter Mayami"nin futbolçusu qismində ictimaiyyətə təqdim olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər