"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "qırmızı şeytanlar"ın mövcud durumundan danışıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" niderlandlı mütəxəssisin sözlərini belə çatdırıb:

"Mançester Yunayted"də yalnız böyük futbolçular oynaya bilərlər, çünki gözləntilər böyükdür. MY dünyanın iki-üç ən böyük klubundan biridir. Belə azarkeş ordusuna malik komandadan hər oyunda qələbə gözlənilməsi başadüşüləndir. Sirr deyil ki, qələbələri yalnız ustalıq səviyyəsi çox yüksək olan futbolçulardan qurulmuş kollektivlər sıralayır. 

Ancaq son vaxtlar biz istədiyimiz oyunçuları heyətə qata bilmirik. Sıralarımıza daha çox özünü sübut etmiş, hazır oyunçuların deyil, gənc istedadların qoşulması ilə barışmaq lazımdır. Rəqabətədavamlı olmaq istəyiriksə, gələcəyin komandasını formalaşdırmalıyıq".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər