Sinqo üçün İngiltərə nəhəngləri növbəyə düzüldü

Sinqo üçün İngiltərə nəhəngləri növbəyə düzüldü

Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqası çərçivəsində "Liverpul"un qonağı olmağa hazırlaşarkən, "sarı-qırmızılar"ın ulduz müdafiəçisi Vilfrid Sinqo transfer bazarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, "Enfild" stadionunda keçiriləcək qarşılaşmada İngiltərənin "Arsenal", "Mançester Yunayted" və "Aston Villa" klublarının rəsmi nümayəndələri tribunada olacaqlar.

İngilis təmsilçilərinin əsas hədəfi fildişi sahilli müdafiəçinin performansını canlı izləmək və transfer üçün ilkin hesabat hazırlamaqdır.

Sinqonun Avropa arenasında nümayiş etdirdiyi stabil oyun onun Premyer Liqaya keçid ehtimalını xeyli gücləndirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər