"Simurq"un sabiq baş məşqçisi vəfat etdi

"Simurq"un sabiq baş məşqçisi vəfat etdi
Zaqatalanın "Simurq" və Ukraynanın Ukraynanın "Aleksandriya" klubunun sabiq baş məşqçisi Roman Pokora vəfat edib.
 
Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Mütəxəssis 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Roman Pokora 2006 - 2010-cu illərdə "Simurq"da baş məşqçi olub. O, 2008/2009 mövsümündə Azərbaycan çempionatında bürünc medal qazanıb və komanda UEFA Kubokunda iştirak edib.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər